Yandex watch
Niyə bəzən sadə sözləri unuduruq?

Bəzən gündəlik istifadə etdiyimiz sözlər yadımızdan çıxır və düzgün ifadə tapmaqda çətinlik çəkirik.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu, adətən yorğunluq və stress kimi səbəblərlə bağlı olsa da, bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər.

Mümkün səbəblər:

Beynin yüklənməsi: Gündəlik informasiyanın bolluğu bəzi sözlərin unudulmasına səbəb ola bilər.

Diqqətin yayılması: Başqa məsələlərə yönəlmiş diqqət bəzən müəyyən sözlərin yadımıza düşməsini çətinləşdirir.

Stress və emosional vəziyyət: Yorğunluq, narahatlıq və ya gərginlik beynin işləmə sürətini azaldır.

Yaşlanma: Xüsusilə 60 yaşdan sonra yaddaş zəifləyə bilər.

Nevroloji problemlər: Alzheimer, demans, keçici işemik hücum və ya damar xəstəlikləri unutqanlığa səbəb ola bilər.

Nə etməli?

Sadə unutqanlıq hallarında yuxu rejimini qaydaya salmaq, fiziki və zehni məşqlərlə beynin fəaliyyətini gücləndirmək tövsiyə edilir. Əgər unutqanlıq artarsa, sözləri xatırlamaq çətinləşərsə və gündəlik həyata təsir edərsə, nevroloqa müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az