Adını çəkmək istəmədiyim məşhur fast food məkanları gündəlik menyularında işlənmiş qidaları müştərilərə satmaqla insanlarda qida asılılığı yaradırlar. Bu cür qidalar insanda dopamin hormonunu artırır və zövqlə bağlı sinir daşıyıcısı olan bu hormon asılılıq yaranmasına səbəb olur.
E-saglam.az-ın məlumatına görə, qida eksperti Fərid Səfərov deyir ki, gündəlik olaraq işlənmiş qidalarla qidalanan insanlarda aşağıdakı problemlər yaranır:
- piylənmə
- aşağı enerji
- həzm sisteminin pozulması
- qan dəyərlərinin düşməsi
- depressiya, yaddaş pozulması
- hormonal dəyişikliklər
- xərçəng xəstəlikləri
- sonsuzluq.
İşlənmiş qidaları qısaca belə təsvir etmək olar: Qidanı hazırlamaq nə qədər sürətli və asan olarsa qəbulu o qədər zərərlidir. Ona görə də alış-veriş edərkən, qidalanarkən sağlam qidalardan bizi uzaqlaşdıran, öz süni dadı və ləzzəti ilə bizi asılı hala gətirən dondurulmuş, konservləşdirilmiş, qurudulmuş, hisə verilmiş,tərkibində dadlandırıcı, qatqı maddələri olan hər cür qidadan uzaq durmağa çalışın.
Könül Oruc