Fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnovun sözlərinə görə, yumurtanın müntəzəm istehlakı, istər qaymaqlı, istərsə də omletli, istərsə də bərk qaynadılmış şəkildə, aterosklerotik dəyişikliklərin inkişafına kömək edə bilər.
E-saglam.az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində fikirlərini bölüşüb.
Həkim yüksək xolesterol tərkibinə görə gündəlik yumurta istehlak etməmək barədə xəbərdarlıq etdi. O qeyd etdi ki, aterosklerotik dəyişikliklərin irəliləməsi arteriyaların daralmasına və orqanlara qan tədarükünün pozulmasına gətirib çıxarır. O əlavə etdi ki, bu, miokard infarktı da daxil olmaqla, ürək-damar ağırlaşmaları riskini artırır.
Umnov xəbərdarlıq edib ki, "Yumurtaların yüksək yağ tərkibi orqanlarda interstisial yağın yığılmasına səbəb ola bilər ki, bu da sağlamlıq üçün riskdir. Əgər yumurta kifayət qədər bişirilmirsə, məsələn, maye yumurta və çörəklə yeyildikdə, salmonella infeksiyası riski var ki, bu da ciddi sağlamlıq təhlükəsi yaradır".
Həkim həmçinin əlavə edib ki, bitki yağında qızartmaq, həmçinin yeməklərə bekon (donuz əti) və kolbasa əlavə etmək xərçəng riskini artıra bilər. Bundan əlavə, ekspert yumurta tərkibli yeməklərin həddindən artıq duzlanması yüksək təzyiqə səbəb ola biləcəyi qənaətinə gəlib.
Tərcümə: Könül Oruc