Tibbi xəbərlər
Mərc edib 40 yumurta yedi - NƏTİCƏSİ...
Tibbi xəbərlər
13

Mərc edib 40 yumurta yedi - NƏTİCƏSİ...

Hindistan sakini toyuq yumurtasını sürətlə yeyəcəyinə dair mərcə girib. 41 yumurta yeyəndən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas etməkdə gücsüz qalıblar.

"E-saglam.az"-ın məlumatına görə, tibb.fed.az bu barədə “LadBible”-ə istinadən xəbər verir.

42 yaşlı kişi bir dostu ilə qısa müddətdə 50 yumurta yeyə biləcəyinə dair mərcə girib. Lakin 41 yumurta yedikdən sonra təcili tibbi müayinəyə ehtiyac duyub. Huşunu itirib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlər kişinin həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

Mütəxəssislərin fikrincə, həddindən artıq yumurta həzm sisteminin çökməsinə, ürəyin fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Mübahisənin məbləğinin əhəmiyyətsiz olduğu qeyd edilir - 2 min rupi (45 manata yaxın).

Xatırladaq ki, əvvəllər 45 yaşlı moskvalı qadın bir gündə 1,5 kiloqram xurma yeməsi səbəbiylə ölüm təhlükəsiylə üzləşmişdi.


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun