Faydalı
Eyni mahnını təkrar-təkrar zümzümə etmək
Faydalı
119

Eyni mahnını təkrar-təkrar zümzümə etmək beynə zərər verə bilər

Eyni mahnını istəmədən təkrar-təkrar zümzümə etmək çoxlarına adi və zərərsiz görünür.

E-saglam.az xəbər verir ki, lakin elmi araşdırmalar göstərir ki, “qulaq qurdu” adlanan bu vəziyyət beynin fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə diqqət və yaddaşla bağlı proseslər bu zaman zəifləyir.

Avstraliyada aparılan tədqiqatlar sübut edib ki, qulaq qurdları beynin “işçi yaddaş” hissəsini məşğul edir. Bu da riyazi əməliyyatlar, qısa müddətli məlumatların saxlanılması və diqqət tələb edən işlərdə performansın azalmasına səbəb olur. Mahnı nə qədər tanış və tez-tez dinlənilmiş olarsa, beyində ilişib qalma ehtimalı da bir o qədər artır.

Finlandiyada aparılan başqa bir araşdırmada iştirakçıların böyük əksəriyyəti həftədə ən azı bir dəfə, yarıdan çoxu isə demək olar ki, hər gün bu halı yaşadıqlarını bildirib. Xüsusilə musiqini tez-tez dinləyən insanlarda bu effekt daha çox müşahidə olunur.

Mütəxəssislərə görə, qulaq qurdları bəzən musiqiyə olan psixoloji ehtiyacın və ya “çəkinmə reaksiyasının” nəticəsi kimi ortaya çıxır. Beyin görüntüləmə tədqiqatları göstərir ki, musiqi dinləyərkən aktiv olan beyin sahələri, musiqi zehində təkrarlanarkən də eyni şəkildə aktivləşir.

Bu vəziyyətdən çıxmaq üçün ən təsirli üsullardan biri saqqız çeynəməkdir. Çünki çeynəmə daxili nitqi zəiflədir və beynin mahnını təkrar etməsini çətinləşdirir. Əvəzində başqa bir mahnı dinləmək isə çox vaxt problemi həll etmir, əksinə yeni bir mahnının ilişib qalmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, qulaq qurdları sağlam beynin təbii, lakin bəzən qıcıqlandırıcı bir yan məhsuludur. Bu hal daha çox zehin boş olduqda ortaya çıxır və diqqət tələb edən fəaliyyətlərlə azaldıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun