B12 vitamini, kobalamin kimi də tanınır və bədəndə bir çox mühüm funksiyada rol oynayır.
E-saglam.az xəbər verir ki, qırmızı qan hüceyrələrinin əmələ gəlməsindən sinir sisteminin fəaliyyətinə qədər vacibdir. Çatışmazlıq hər kəsdə baş verə bilər, lakin bəzi qruplar daha yüksək risk altındadır.
Mədə sağlamlığı vacibdir
B12 vitamini əsasən heyvan məhsullarında olur və bədəndə istehsal edilmir. Onun udulması üçün mədə sağlamlığı və daxili faktor (İF) zülalı lazımdır.
B12 vitamini zəngin qidalar:
Qırmızı ət, qaraciyər, böyrək və dalaq kimi içalatlar
Toyuq, hinduşka və yağlı balıqlar (skumbriya, tuna, sardina, alabalıq)
Süd məhsulları: süd, qatıq, pendir, yumurta sarısı
Bitki mənşəli mənbələrdə B12 azdır, ona görə vəqanlar xüsusi diqqət etməlidir
Risk faktorları:
Mədə xəstəlikləri (xora, xərçəng) və proton pompası inhibitorları
Metformin qəbul edən diabet xəstələri
Pernisioz anemiya, Kron xəstəliyi, çölyak xəstəliyi
Nazik bağırsağın cərrahi yollarla qısaldılması
Yaşlılıq (60 yaşdan sonra udulma azalır)
Həddindən artıq spirt istehlakı
Qidalanma pozğunluğu və veqan/vegetarian pəhrizləri
Əlamətlər:
Daimi yorğunluq, zəiflik, əzələ zəifliyi
İştahsızlıq və çəki itkisi
Anemiya
Nəfəs darlığı, sinə ağrısı
Başgicəllənmə, baş ağrısı
Əllərdə və ayaqlarda keyimə, karıncalanma
Solğun dəri, limon sarısı
Yuxu problemləri
Zamanla unutqanlıq və depressiya
Müalicə üsulları:
B12 çatışmazlığı diaqnozu qanda B12 səviyyəsinin ölçülməsi ilə qoyulur. Müalicə üsulları:
Balanslı qidalanma
Ağır çatışmazlıq hallarında həkim nəzarəti ilə həb və ya inyeksiya (əzələdaxili)
Mədə problemi olanlarda dəmir çatışmazlığı varsa, B12 ilə birlikdə dəmir müalicəsi
İnyeksiya xüsusilə yaşlı xəstələrdə effektivdir və müəyyən fasilələrlə davam etdirilməlidir
Vacib xəbərdarlıq: B12 vitamini preparatları yalnız həkim göstərişi ilə qəbul edilməlidir. "Beyni gücləndirmək", "demensiyaya qarşı" və ya "insultların qarşısını almaq" iddiaları ilə lazımsız istifadə təhlükəlidir.
Tərcümə: Könül Oruc