Tibbi xəbərlər
Qışda orqanizmin ehtiyac duyduğu
Tibbi xəbərlər
9

Qışda orqanizmin ehtiyac duyduğu vitamin və mikroelementlər

Soyuq mövsümdə bədəninizin stresslə mübarizə aparmasına kömək edə bilərsiniz.

E-saglam.az xəbər verir ki, kardioloq Yevgeni Kokin, qışda ürək-damar sisteminin normal fəaliyyətini qorumaq üçün hansı vitamin və mikroelementlərin vacib olduğunu izah etdi.

Həkim pəhrizə bir neçə vacib qida əlavə etməyi məsləhət gördü.

D vitamini (yağlı balıq, yumurta sarısı, zənginləşdirilmiş qidalar, günəş işığı) – renin-angiotenzin sistemini tənzimləyir, iltihabı azaldır, endotel funksiyasını yaxşılaşdırır.

Omega-3 (qızılbalıq, skumbriya, kətan yağı, balıq yağı) - triqliseridləri azaldır, antiaritmik, antitrombosit təsirlərinə malikdir.

Maqnezium (qoz-fındıq, balqabaq toxumu, yaşıl tərəvəzlər, kakao, tam taxıllar) - keçiriciliyi yaxşılaşdırır, damar spazmını azaldır, trombozun qarşısını alır.

Kalium (banan, kartof, ispanaq, avokado, quru ərik, balqabaq) – qan təzyiqini tənzimləyir, natriumu tarazlaşdırır.

K2 vitamini (sərt pendirlər, yumurta sarısı) – damar kalsifikasiyasının qarşısının alınmasında iştirak edir.

Antioksidantlar: C, E vitaminləri, selen (sitrus meyvələri, kivi, şirin bibər, badam, Braziliya qozu) - endoteli oksidləşdirici stressdən qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun