Ən çox rast gəlinən zədələr qançırlar, burxulmalar, çiyin və diz çıxıqları, radius və körpücük sümüyünün sınıqları və travmatik beyin zədələridir.
E-saglam.az xəbər verir ki, bunu travmatoloq Nikolay Batsalenko xizək sürərkən zədələrdən necə qorunmaq barədə danışarkən deyib.
O bildirib ki, yeni başlayanlar xüsusilə qeyri-sabit ağırlıq mərkəzi və əyləc bacarıqlarının olmaması səbəbindən həssasdırlar:
"Məcburi avadanlıqlar: sertifikatlı dəbilqə (başınıza uyğun ölçüdə, oynaq olmadan), davamlı, zərbəni udan materialdan hazırlanmış diz və dirsək yastıqları və möhkəmləndirilmiş ovucları olan əlcəklər. Xizəkçilər bilək qoruyucusu və UB şüalarından qoruyan eynək taxmalıdırlar. Sürətli konkisürənlər hər bir idmançı üçün xüsusi hazırlanmış, davamlı topuq dəstəyi olan rahat, dəstəkləyici ayaqqabılar geyinməlidirlər".
"Yeni başlayanlara isinmə hərəkətləri və təlimatçı olmadan yamaclarda/xizək meydançalarında xizək sürmək qadağandır. Digər xizəkçilərdən məsafə saxlayaraq, yüngül yamaclardan başlayın. Əllərinizi ciblərinizə salmayın - onlar yıxılmanı yumşaltmaq üçün sərbəst olmalıdırlar. Görünmə qabiliyyəti zəif olan yerlərdə və ya buzlu səthlərdə xizək sürməkdən çəkinin. Hətta təcrübəli xizəkçilər belə hər il əsas təhlükəsizlik qaydalarına məhəl qoymadıqları üçün xəsarət alırlar", - deyə ekspert bildirib.
Tərcümə: Könül Oruc