Evinizdə qalıcı siqaret qoxusundan qurtulmaq üçün sadə və effektiv üsul var. Əşyalarınızda qalan tüstü yalnız pis qoxu yaratmır, həm də evin havasını çirkləndirir.
E-saglam.az xəbər verir ki, bu problemi aradan qaldırmaq üçün son durulama zamanı paltaryuyan maşına bir qədər sirkə əlavə etmək kifayətdir. Sirkə parça liflərinə hopmuş tüstünü təmizləyir və paltarların, pərdələrin, yorğanların qoxusunu yox edir.
Yuyulduqdan sonra əşyaları açıq havada qurutmaq, günəş işığı və külək vasitəsilə qoxunun geri qayıtmasının qarşısını alır. Divan və digər parçalı mebellər üçün isə pambıq parça və alma sirkəsi ilə səthi silmək tövsiyə olunur. Xalçalar üçün isə çörək sodası istifadə etmək faydalıdır: səthə səpilən soda bir gün ərzində pis qoxuları udur və tozsoranla təmizlədikdə xalça həm təravətlənir, həm də qoxu azalır.
Sərt səthlərdə, məsələn, mərmər və ya taxta masalarda sirkə və ya vanil ekstraktı ilə silmək qoxunu effektiv şəkildə aradan qaldırır. Daha inadkar qoxular üçün az miqdarda ammonyak da istifadə oluna bilər. Bu üsulların hamısı evdə tapılan təbii vasitələrlə həyata keçirilir və kimyəvi qoxu təmizləyicilərinə ehtiyac qalmadan nəticə verir.
Beləliklə, paltaryuyan maşına sirkə əlavə etmək, əşyaları düzgün havalandırmaq və uyğun təbii vasitələrdən istifadə etməklə qalıcı siqaret qoxusunu evdən effektiv şəkildə aradan qaldırmaq mümkündür.
Tərcümə: Könül Oruc