Faydalı
İspanaqdakı qum və palçığı yox edən təəccüblü üsul:
Faydalı
11

İspanaqdakı qum və palçığı yox edən təəccüblü üsul: 1 qaşıq bəs edir

Bazardan aldığınız ispanağın yarpaqlarında qum, torpaq və palçıq qalması çox vaxt yuyulmaqla tam təmizlənmir.

E-saglam.az xəbər verir ki, mətbəxdə işi asanlaşdıracaq sadə və təbii üsul mövcuddur: çörək sodası.

Böyük bir qabı ilıq su ilə doldurun və bir xörək qaşığı soda əlavə edin. İspanaq yarpaqlarını bu suya qoyun və təxminən 5 dəqiqə isladın. Bu müddət ərzində soda yarpaqlardakı qumu yumşaldır və dibinə çökməsinə imkan verir. Yarpaqları əllə yumşaq şəkildə qarışdırmaqla torpaq tam ayrılır.

Soda yalnız qumu deyil, həm də yarpaqlardakı pestisid qalıqlarını azaldır və heç bir kimyəvi iz qoymur. İspanağı süzgəcdə süzdükdən sonra bol su ilə yaxalayın ki, soda qalıqları tam getsin.

Belə təmizlənmiş ispanaq daha təravətli və parlaq görünür, xəmir yeməklərinə, şorbalara və salatlara əlavə edildikdə dadı da fərqli olur. Bu üsulu kahı və çuğundur yarpağı kimi digər göyərtilərə də tətbiq etmək mümkündür.

Yeməyi hazırlamadan əvvəl ispanağı düzgün təmizləmək sağlam qidalanmanın əsas addımlarından biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun