Bu balıq rekord miqdarda omeqa-3 polidoymamış yağ turşuları ehtiva edir.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova bildirib ki, ən sağlam qırmızı balıq növü çinuk qızılbalığıdır.
Mütəxəssis vurğulayıb ki, rekord səviyyəli omeqa-3 səviyyəsi sayəsində Çinuk qızılbalığı (salmon) ürək-damar xəstəliklərinin qarşısının alınmasında və idrak funksiyasının qorunmasında mütləq liderdir.
Çinuk qızılbalığı həmçinin sümükləri möhkəmləndirmək və ümumi sağlamlığı qorumaq üçün vacib olan D vitamini və seleniumla zəngindir. Tərkibindəki təbii piqment olan astaxantin güclü antioksidant xüsusiyyətlərə malikdir və qocalma prosesini yavaşlatmağa kömək edir.
Tərcümə: Könül Oruc