Faydalı
70 dərdə dəvadır - çox insan
Faydalı
119

70 dərdə dəvadır - çox insan faydalarından xəbərsizdir

70 dərdin dərmanı sayılan alma qabığı, əksər insanların fərqində olmadan zibilə atdığı, lakin sağlamlıq baxımından son dərəcə dəyərli bir qida mənbəyidir. Mütəxəssislər bildirir ki, almanın əsas vitamin və antioksidanları məhz qabığında toplanır.

E-saglam.az xəbər verir ki, gündəlik qidalanmada meyvə və tərəvəzlərin soyulması geniş yayılmış vərdişdir. Lakin bu vərdiş ciddi qida itkisinə səbəb olur. Xüsusilə alma qabığı, çox vaxt lazımsız hesab edilsə də, tərkibində güclü antioksidanlar, yüksək lif və K vitamini ilə seçilir. Almanın əsl faydasının çox hissəsi məhz tez-tez atılan qabığında gizlənir.

Mütəxəssislərin sözlərinə görə, alma qabığı kversetin adlı güclü antioksidantla zəngindir. Bu maddə orqanizmi zərərli bakteriyalardan və ətraf mühitin mənfi təsirlərindən qorumağa kömək edir, immun sistemini gücləndirir. Almaların qabığı ilə müntəzəm istehlakı xəstəliklərə qarşı təbii qoruyucu təsir göstərir.

Araşdırmalar göstərir ki, almanın tərkibindəki lifin təxminən yarısı məhz qabıqdan gəlir. Bu lif həzmi tənzimləyir, toxluq hissini uzadır və qan şəkərində qəfil dəyişikliklərin qarşısını almağa kömək edir. Bu xüsusiyyət xüsusilə şəkər dalğalanmaları yaşayan insanlar üçün əhəmiyyətlidir.

Alma qabığı eyni zamanda K vitamininin mühüm mənbələrindən biridir. Qabığı ilə yeyilən almalarda K vitamini miqdarı soyulmuş almalarla müqayisədə bir neçə dəfə çox ola bilər. K vitamini sümük sağlamlığının qorunmasında və normal qan laxtalanmasında vacib rol oynayır.

Mütəxəssislər alma qabığından maksimum fayda əldə etmək üçün istehlakdan əvvəl yaxşıca yuyulmasını tövsiyə edirlər. Mümkün olduqda üzvi alma seçilməsi məsləhət görülür. Qeyd olunur ki, almanı qabığı ilə yemək onun qida dəyərini və sağlamlığa müsbət təsirini əhəmiyyətli dərəcədə artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun