Yavaş saç böyüməsi bir çox insanın problemdir.
E-saglam.az xəbər verir ki, saç köklərini qidalandıran təbii yağlar müntəzəm istifadə olunduqda saçların daha sağlam və sürətli uzanmasına kömək edir.
Kastor yağı saç köklərini gücləndirir və tellərin möhkəmliyini artırır. Həftədə 1-2 dəfə baş dərisinə masaj etməklə istifadə olunur.
Rozmarin yağı qan dövranını yaxşılaşdıraraq follikulların aktivliyini artırır, saç tökülməsini azaldır. İstifadə etməzdən əvvəl daşıyıcı yağla seyreltmək məsləhətdir.
Kokos (hindqozu) yağı saçları nəmləndirir, qırılmaları azaldır və xüsusilə quru, zədələnmiş saçlar üçün faydalıdır.
Arqan yağı E vitamini ilə zəngindir, saçın elastikliyini artırır, qırılma və tökülmənin qarşısını alır. Saç uclarına və uzunluğuna tətbiq edilə bilər.
Badam yağı saç köklərini qidalandırır, baş dərisini yumşaldır və saçları daha parlaq, davamlı edir.
İstifadə qaydası: Həftədə 1-2 dəfə baş dərisinə yumşaq masajla tətbiq edin, 30 dəqiqə saxlayın və sonra şampunla yuyun.
Tərcümə: Könül Oruc