Qidalanma
Qırmızı şəfa mənbəyi - likopenin orqanizm üçün
Qidalanma
58

Qırmızı şəfa mənbəyi - likopenin orqanizm üçün inanılmaz faydaları

Güclü antioksidant təsirinə görə “qırmızı şəfa” adlandırılan likopen orqanizm üçün olduqca dəyərli maddədir.

E-saglam.az xəbər verir ki, ürək sağlamlığını qoruyur, hüceyrələri sərbəst radikalların zədələyici təsirindən müdafiə edir və xərçənglə mübarizədə dəstək rolunu oynayır. Pomidor, qırmızı bibər, qarpız və itburnu likopenlə zəngin əsas qidalar sırasında yer alır. Xüsusilə zeytun yağı ilə bişirilmiş və ya günəşdə qurudulmuş pomidorlarda likopenin miqdarı daha yüksək olur.

Kardiologiya mütəxəssisi Prof. Dr. Fatih Mehmet Uçar bildirir ki, likopen qırmızı rəngli tərəvəz və meyvələrə rəng verən təbii antioksidantdır. Pomidor bu maddənin ən zəngin mənbəyi hesab olunur. Qarpız, itburnu, qırmızı bibər, ərik, itburnu və xurma da likopen ehtiva edən faydalı qidalar sırasındadır. Bu məhsulların müntəzəm qəbulu orqanizmin likopen ehtiyacının qarşılanmasına kömək edir.

Mütəxəssis qeyd edir ki, likopen bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Güclü antioksidan xüsusiyyəti sayəsində hüceyrələri qoruyur, iltihabı azaldır, dəri problemlərinin qarşısını almağa kömək edir, sümük sağlamlığını dəstəkləyir və ağrıların azalmasına müsbət təsir göstərir. Eyni zamanda göz toxumalarını oksidləşdirici stressdən qoruyur, yaddaşın güclənməsinə və sinir hüceyrələrinin fəaliyyətinin dəstəklənməsinə yardım edir. Bu xüsusiyyətlərinə görə ürək-damar xəstəlikləri olan şəxslər üçün də faydalı hesab olunur.

Prof. Dr. Uçarın sözlərinə görə, likopen xərçəngə qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyır. Antioksidantlar sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır, bu da xərçəngin yaranma riskini azalda bilər. Likopen hüceyrələri qoruyaraq bu prosesi yavaşladır və orqanizmin müdafiə mexanizmlərini gücləndirir.

Likopen ürək sağlamlığı üçün də “qırmızı qalxan” rolunu oynayır. O, pis xolesterolun (LDL) azalmasına, yaxşı xolesterolun (HDL) artmasına kömək edir, damar divarlarını qoruyur və qan axınını tənzimləyir. Bu təsirlər infarkt və damar tıxanıqlığı riskinin azalmasına töhfə verir.

Maraqlıdır ki, pomidor bişirildikdə likopenin miqdarı azalmaq əvəzinə artır. Xüsusilə zeytun yağı ilə bişirilən pomidorlarda likopenin mənimsənilməsi daha da yüksəlir. Pomidor pastası, pomidor sousu və günəşdə qurudulmuş pomidorlar da likopen baxımından ən güclü mənbələr hesab olunur. Bu üsullarla istehlak edildikdə orqanizm likopendən maksimum fayda əldə edə bilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun