Sağlamlıq
Səhər beyninizi oyandırmaq üçün
Sağlamlıq
64

Səhər beyninizi oyandırmaq üçün sadə zehni məşq

Mütəxəssislərinin fikrincə, qısa bir səhər zehni məşqi səhər beyninizi oyandırmağa kömək edəcək.

E-saglam.az xəbər verir ki, UfaTime.ru ilə söhbətdə onlar səhər beyninizi iti saxlamağın bir neçə etibarlı yolunu bölüşüb.  

Həkimlər bildirirlər ki, gündəlik beş-on dəqiqəlik yavaş və diqqətli məşqlər yaddaşı, diqqəti və konsentrasiyanı gücləndirməyə, əhval-ruhiyyəni yaxşılaşdırmağa və idrak sağlamlığını dəstəkləməyə kömək edir.

Tövsiyə edilən məşqlər bunlardır:

1. Geriyə sayma: Yavaş-yavaş 30-dan 1-ə və ya 20-dən 1-ə saymaq, bəzən növbə ilə saymaq.

2. Üç əşyanın adını xatırlama: Ətrafa baxın, üç əşyanın adını ucadan söyləyin və bir dəqiqə sonra onları xatırlamağa çalışın.

3. Assosiasiya oyunu: Məsələn, bir söz seçin (“alma”) və onunla üç assosiasiya düşünün (“şirin”, “qırmızı”, “bağ”).

4. Rəqəmsal yaddaş: Kimdənsə üç-dörd rəqəmi xahiş edin və bir neçə saniyə və ya dəqiqədən sonra onları təkrar etməyə çalışın.

5. Diqqət tapşırığı: Qısa cümləni ucadan oxuyun və müəyyən hərfi və ya sözü tapın.

Bu məşqləri hər gün bir neçə dəqiqə etmək yaddaşı gücləndirir, diqqəti artırır və beynin sağlamlığını qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun