Mikrobioloq Primroz Fristoun ayaq qoxusundan qurtulmağın yollarını açıqladı.
E-saglam.az xəbər verir ki, Fristoun izah etdi ki, ayaqlarda mindən çox müxtəlif bakteriya və göbələk yaşayır. Onların əksəriyyəti isti və nəmli olan ayaq barmaqları arasında cəmləşir. Onlar tərdə və ölü dəri hüceyrələrində olan maddələrlə qidalanır və onların tullantı məhsulları xoşagəlməz qoxuya səbəb olur.
Ayaq qoxusundan qurtulmaq üçün Fristoun hər geyindikdən sonra corabları yumağı tövsiyə edir, çünki onlar gündəlik milyonlarla bakteriya toplayır və bu bakteriya aylarla yaşaya bilər. Bu mikroorqanizmlər ayaqqabılara da düşə bildiyindən, eyni cütü hər gün geyinməmək yaxşıdır.
Mikrobioloq corabların minimum 60 dərəcə Selsi temperaturda və həmişə paltar yuyucu vasitə ilə yuyulmalı olduğunu vurğuladı. Əgər nədənsə yüksək yuma temperaturu qəbuledilməzdirsə, corablar 180-220 dərəcə Selsi (350-420 dərəcə Farengeyt) temperaturda ütülənməlidir.
Fristoun həmçinin ayaqların həddindən artıq tərləməsinə səbəb olan materiallardan çəkinməyi və pambıq, yun və ya bambuk kimi təbii parçalardan istifadə etməyi tövsiyə etdi. O, həmçinin ayaqlarınızı gündə iki dəfə 30-40 dərəcə Selsi temperaturda yumağı məsləhət gördü.
Tərcümə: Könül Oruc