Qidalanma
Bu balığı yeyənlər 2 saat ərzində zəhərlənir -
Qidalanma
284

Bu balığı yeyənlər 2 saat ərzində zəhərlənir - Qadağan edildiyi ölkələr var

Diyetoloqlar balığın həftədə iki dəfə istifadəsini tövsiyə etsə də, bütün balıqlar eyni dərəcədə təhlükəsiz deyil.

E-saglam.az xəbər verir ki, “kərə yağı balığı” kimi tanınan və bəzi yerlərdə “kəpənək balığı” adı ilə satılan növlər yüksək yağ tərkibinə görə ciddi sağlamlıq riskləri yaradır. Bu balığın yağının təxminən 90%-i insan orqanizmi tərəfindən həzm olunmayan esterlərdən ibarətdir və onu yeyən hər beş nəfərdən birində zəhərlənmə əlamətləri yaranır.

Bu növ balığın satış və istifadəsi İtaliya və Yaponiyada ciddi şəkildə məhdudlaşdırılıb. Yaponiyada isə 1970-ci illərdən bəri tam qadağan olunub. ABŞ və Avropa Birliyində bu balığın qablaşdırılmasında mütləq risk xəbərdarlıqları yazılır.

"Kəpənək" termini yüksək yağ tərkibi və oxşar quruluşu ilə tanınan bir neçə balıq növünü əhatə etsə də, əsas problem, kommersiya məqsədilə "kəpənək" adı altında satılan iki növ balıq üzərində cəmləşib: Kostropak (Escolar) və Eskolar (Yağlı balıq).

Həzm olunmayan esterlər bədəndə toplanaraq 2 saat ərzində belə simptomlara səbəb ola bilər:
- qarın ağrısı
- ishal
- qusma
- baş ağrısı
- həssas insanlarda dəri problemləri

Bu təsirlər 24 saata qədər davam edə bilər. Hamilələrə və həzm sistemi problemi olanlara bu balığı yemək qətiyyən tövsiyə edilmir.

“Kərə yağı balığı” restoranlarda tez-tez suşi və ya isti yeməklərdə istifadə olunsa da, mütəxəssislər müştərilərə yan təsirlər barədə məlumat verilməsinin vacibliyini vurğulayır.

Bu balığı evdə hazırlayanlar üçün riskləri azaltma üsulları:

balığı qaynatmaq – müəyyən qədər yağı azaldır
qrildə bişirmək – daha təhlükəsiz üsullardan biridir
miqdarı ciddi məhdudlaşdırmaq

Mütəxəssislər xəbərdar edir: dadı cazibədar olsa da, “kərə yağı balığı”nın təhlükələri nəzərə alınmadan istehlakı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun