Faydalı
Zibilə atdığınız bu meyvənin qabığı ətdən
Faydalı
310

Zibilə atdığınız bu meyvənin qabığı ətdən qat-qat faydalıdır

İnsanların çox vaxt zibilə atdığı alma qabığı, əslində meyvənin özündən daha çox vitamin, lif və antioksidan daşıyır. Mütəxəssislər bildirirlər ki, alma qabığındakı qida komponentləri bəzi hallarda qırmızı ətdən 100 dəfə güclü antioksidan təsir göstərə bilir.

E-saglam.az xəbər verir ki, gündəlik həyatda meyvəni soyaraq yemək daha gigiyenik və rahat görünür, lakin elmi araşdırmalar meyvənin əsas qida dəyərinin məhz qabığında toplandığını ortaya çıxarıb. Alma qabığındakı polifenollar, lif və təbii flavonoidlər bədənin antioksidan tutumunu ciddi şəkildə artırır.

Qidalanma mütəxəssisləri bildirir ki, alma qabığında quercetin, xlorogen turşusu və floridzin kimi güclü antioksidanlar meyvənin içindən 4–7 dəfə daha yüksək olur və bəzi heyvan zülal mənbələri ilə müqayisədə 100 qat daha güclü qoruyucu effekt göstərə bilər. Bu maddələr hüceyrə zədələnməsini azaldır, iltihabı aşağı salır və immun sistemini daha dayanıqlı edir.

Alma qabığının lif yükü də diqqət çəkir. Onun tərkibindəki həll olunan və həll olunmayan liflər bağırsaq florasını tarazlaşdırır, həzmi gücləndirir və doyma hissini artırır. Mütəxəssislər qeyd edirlər ki, alma qabığını müntəzəm qəbul edən insanların həzm sistemi və metabolik funksiyaları daha sağlam olur.

Fitokimyəvi komponentlər isə immunitet hüceyrələrinin fəaliyyətini dəstəkləyir və bədəni soyuqdəymə, xroniki iltihab və bəzi metabolik xəstəliklərdən qorumağa kömək edir. Qabıqda olan quercetin damar elastikliyini qoruyaraq ürək-damar sağlamlığına müsbət təsir edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun