Dəniz duzu adi duzdan daha sağlamdırmı?
E-saglam.az xəbər verir ki, həkim Yelena Popova deyib ki, onların arasında əsas fərq qida dəyərində deyil, mənşəyində, emal dərəcəsində və dadındadır.
Mütəxəssis izah etdi ki, xörək duzu (daş duzu) yeraltı yataqlardan çıxarılır, yüksək dərəcədə təmizlənir və demək olar ki, tamamilə natrium xloriddən ibarətdir. Dəniz duzu isə suyun buxarlanması ilə əmələ gəlir, daha az emaldan keçir və ləzzətə təsir edən az miqdarda maqnezium və ya kalium kimi digər mineralları ehtiva edə bilər.
Dəniz duzu super qida deyil, dad üstünlük məsələsidir. Mütəxəssis qeyd edir ki, o, çirkləri səbəbindən yeməklərə daha mürəkkəb dad verə bilər, lakin sağlamlığa təsiri baxımından ümumi natrium tərkibi əsas olaraq qalır.
Həkim vurğulayır ki, ÜST-nin tövsiyələrinə əsasən, duzun növündən asılı olmayaraq, duz istehlakı gündə beş qramdan çox olmamalıdır. Hipertoniya xəstələri üçün bu hədd bir qrama endirilir. Bununla belə, mütəxəssislərin fikrincə, Rusiyada orta duz istehlakı gündə 12 qrama çatır ki, bu da təhlükəsiz hədddən iki dəfə çoxdur.
Tərcümə: Könül Oruc