PR direktoru Natalia Krasilnikova partnyorunuz üçün yeni il hədiyyəsini necə seçəcəyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, o, tərəfdaşınızı diqqətlə dinləməyi və qeydlər aparmağı tövsiyə etdi.
Ekspert bildirir ki, insanlar gündəlik həyatlarında tez-tez xırda narahatlıqlardan şikayət edirlər. Məsələn, həkim qəbuluna hazırlaşmaq çox vaxt aparır, evdə isti olmur, narahat yastıqdan düzgün yata bilmirlər və ya daim telefon şarj cihazı axtarırlar. Bu kimi kiçik şikayətlər əslində çox dəqiq hədiyyə ideyalarına çevrilə bilər.
Onun sözlərinə görə, insanların rəqəmsal izləri – sosial şəbəkədə saxladıqları məhsullar, istək siyahıları və bəyəndikləri brendlər – onların nələrdən həzz aldığını göstərir. Bəzən insanlar özləri almaqda tərəddüd etdikləri əşyaları və ya təcrübələri başqası hədiyyə edəndə böyük məmnuniyyət duyurlar.
Ekspert əlavə edir ki, “yoldaşımın hər şeyi var” ifadəsi çox vaxt insanın əsas ehtiyaclarının ödənildiyini və bundan sonra ona daha çox rahatlıq və qayğının lazım olduğunu göstərir. Yəni hədiyyə gündəlik həyatda real fayda verirsə, insanın iş rejiminə uyğun gəlirsə və müəyyən bir çətinliyi aradan qaldırırsa, bu, ən dəyərli və düşünülmüş hədiyyə sayılır.
Tərcümə: Könül Oruc