Faydalı
Beyin-bağırsaq xəttini yeniləyən,
Faydalı
116

Beyin-bağırsaq xəttini yeniləyən, daxili rahatlıq hissi yaradan antik içki

Qədim Çin mənşəli mayalanmış çay – kombuça – bu gün sağlamlıq trendlərinin ən çox müzakirə olunan içkilərindən birinə çevrilib.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, onun tərkibindəki faydalı bakteriyalar və mayalar bağırsaq mikrobiotasını gücləndirməklə yanaşı, bağırsaq–beyin oxuna da təsir edir. Bu isə emosional balans və psixoloji rahatlıq üçün mühüm rol oynaya bilər.

Kombuça çay, şəkər və “scoby” adlı simbiotik mədəniyyətin fermentasiyası nəticəsində hazırlanır. Fermentasiya zamanı şəkərlər üzvi turşulara, antioksidantlara, B vitaminlərinə və təbii qazlara çevrilir. Məhz bu proses içkiyə həm turşməzə dad, həm də funksional faydalar qazandırır.

Mütəxəssis Linda Yunqvirt qeyd edir ki, kombuçanın tərkibindəki maddələr bağırsaq mikrobiomunu gücləndirərək həzmi yaxşılaşdırır və qida udulmasını artırır. O bildirir ki, bağırsağın vəziyyəti insanın emosional fonunu da təsir edir və buna görə kombucha psixoloji rifaha dolayı şəkildə fayda verə bilər.

İçkinin daha bir diqqətçəkən komponenti qlükuron turşusudur. Bu maddə qaraciyərin toksinləri daha effektiv şəkildə xaric etməsinə kömək edir. Antioksidantlar və polifenollar isə iltihabın azalmasına dəstək ola bilər. Kombucha həmçinin maqnezium, kalium və kalsium kimi vacib minerallarla da zəngindir.

Hazırda kombuçanın təsirləri ilə bağlı daha geniş insan araşdırmalarına ehtiyac var. Bununla belə, mövcud məlumatlar içkinin aşağıdakı təsirlərlə əlaqələndirilə biləcəyini göstərir:

• immun sisteminin güclənməsi
• həzmin yaxşılaşması
• B vitaminləri və yüngül kofein təsiri ilə enerji artımı

Kombuçanın populyarlığını artıran məqamlardan biri də onun meyvə, zəncəfil və müxtəlif otlarla birlikdə hazırlana bilməsi və dad baxımından çox yönlü olmasıdır.

Evdə hazırlamaq mümkün olsa da, mütəxəssislər prosesi gigiyenik şəraitdə və diqqətlə aparmağı tövsiyə edir. Kombuça son illər gündəlik rasionuna fermentləşdirilmiş qidalar daxil etmək istəyənlər üçün təbii və əlçatan seçim kimi ön plana çıxır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun