Qidalanma
Qızıl yarma: Arıqlamaq və orqanizmi təmizləmək üçün
Qidalanma
11

Qızıl yarma: Arıqlamaq və orqanizmi təmizləmək üçün təbii vasitə

Qədimdən sağlam qida olaraq istifadə olunan qızıl yarma (darı yarması) bu gün də bədənə faydaları ilə seçilir.

E-saglam.az xəbər verir ki, vitaminlər, minerallar, zülallar və aminturşularla zəngin olan bu məhsul orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə və dəri-saç sağlamlığının yaxşılaşmasına kömək edir.

Qızıl yarma liflərlə zəngindir və həzm olunmadıqda bağırsaqlarda şişərək toksinləri, şlakları və ağır metalların duzlarını özünə çəkir, onları bədəndən xaric edir. Bu xüsusiyyət onu xüsusilə dərman qəbul edən insanlar üçün faydalı edir.

Darı yarması ürək-damar sağlamlığı üçün də əhəmiyyətlidir. Qanda xolesterini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır və pəhriz zamanı arıqlamağa kömək edir. Uzun müddət toxluq hissi yaratması, piy yığılmasının qarşısını alması və B qrupu vitaminləri ilə sinir sisteminə sakitləşdirici təsir göstərməsi onu diyetlər üçün ideal edir.

Qızıl yarmadan dadlı sıyıq hazırlamaq da mümkündür. Bunun üçün 1 stəkan yarma 2 stəkan su ilə bişirilir, sonra 2 stəkan süd əlavə olunur və hazırlanana qədər bişirilir. Dadını artırmaq üçün sıyığa kişmiş, ərik qurusu, qoz-fındıq əlavə etmək olar.

Bu qədim, lakin təsirli vasitə həm arıqlamaq istəyənlər, həm də orqanizmini təmizləmək istəyənlər üçün təbii və faydalı seçim olaraq tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun