Supermarket rəflərində gördüyümüz yumurtalardakı 0, 1, 2 və 3 rəqəmləri sadəcə istehsal kodu deyil. Bu rəqəmlər toyuqların necə qidalandığını və yaşadığını göstərir.
E-saglam.az xəbər verir ki, 0 kodlu yumurtalar üzvi yemlə bəslənən sərbəst gəzən toyuqlardan, 1 kodlu yumurtalar sərbəst gəzən, amma üzvi yemlə qidalanmayan toyuqlardan, 2 kodlu yumurtalar qapalı damlarda yaşayan toyuqlardan, 3 kodlu yumurtalar isə qəfəs sistemində saxlanılan toyuqlardan əldə edilir.
Mikroskop altında aparılan araşdırmada 3 kodlu yumurtalarda yağ qlobulları daha sıx və dağınıq olduğu aşkar edilib. Bu isə yağ balansının pozulduğunu göstərir. Üzvi 0 kodlu yumurtalarda isə yağ və zülal daha balanslıdır və sağlamlıq baxımından üstünlük təşkil edir.
Nizamsız yağ paylanması ürək və dəri sağlamlığına təsir edə bilər. Xüsusilə sızanağa meylli insanlar üçün 3 nömrəli yumurtaların çox istehlakı problem yarada bilər. Üzvi yumurtalar isə daha asan həzm olunur və bədən üçün faydalıdır.
Tərcümə: Könül Oruc