İspanaq qida dəyəri yüksək olan tərəvəzlərdən biridir və mütəxəssislər onun gündəlik rasionda yer almasını tövsiyə edirlər. Tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmdə bir sıra prosesləri dəstəkləyir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ispanaq A, C, K vitaminləri, həmçinin dəmir, maqnezium və fol turşusu ilə zəngindir. Bu maddələr qan dövranının yaxşılaşmasına və hüceyrələrin yenilənməsinə kömək edir.
İspanaq görmə qabiliyyətinin qorunmasında da mühüm rol oynayır. Tərkibindəki lutein və zeaksantin gözləri yorğunluqdan və zərərli işıq şüalarından müdafiə edir. Bu maddələr yaşla bağlı görmə zəifləməsinin qarşısını almaqda əhəmiyyətlidir.
Həkimlər həmçinin qeyd edirlər ki, ispanaq liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətinə müsbət təsir göstərir. Lif toxluq hissini artırdığı üçün çəki nəzarətində də faydalıdır.
İspanaqda olan antioksidantlar iltihabın azalmasına, ürək-damar sağlamlığının qorunmasına və qanda şəkərin stabilləşməsinə dəstək verir. Bu xüsusiyyətləri sayəsində ispanaq əksər sağlam qidalanma proqramlarına daxil edilir.
Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar.
İspanaq qan azlığında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir. Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır.
Mütəxəssislər bildirirlər ki, ispanaq həm təzə salatlarda, həm də bişmiş yeməklərdə rahat istifadə oluna bilər. Lakin müəyyən xəstəlikləri olan şəxslər rasionlarına dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Tərcümə: Könül Oruc