Qidalanma
Qastroenteroloq ən faydalı
Qidalanma
65

Qastroenteroloq ən faydalı 7 dənli bitkini açıqladı

Qastroenteroloq Vladimir Lobkov sağlamlıq üçün ən faydalı yeddi dənli bitkini açıqlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, bütöv taxılların müntəzəm qəbulu ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, piylənmə və mədə-bağırsaq problemlərinin riskini azalda bilər.

Lobkovun qeyd etdiyi ən sağlam dənli bitkilər bunlardır:

Yulaf əzməsi – xolesterolu tənzimləyən beta-qlükanlar və damarları qoruyan avenantramidlər ehtiva edir.

Qarabaşaq – qlütensizdir, aşağı glisemik indeksə malikdir və kapilyarları gücləndirən rutinlə zəngindir.

Kinoa – bütün əsas amin turşularını özündə birləşdirən tam zülal mənbəyidir, xüsusilə vegetarianlar üçün uyğundur.

Qəhvəyi və yabanı düyü – lif, maqnezium və antioksidantlarla zəngindir, bağırsaq funksiyasını və qan şəkərini tənzimləməyə kömək edir.

İnci arpa – beta-qlükanlar və selen sayəsində sağlam xolesterol səviyyələrini dəstəkləyir və toxluq hissini artırır.

İrmik – asan həzm olunur və bəzi mədə-bağırsaq xəstəliklərində uyğun ola bilər, lakin yüksək qlisemik indeksi səbəbindən ölçülü istehlak edilməlidir.

Bulqur – buxarla emal olunduğu üçün qida maddələrini yaxşı saxlayır və uzunmüddətli toxluq yaradır.

Mütəxəssis minimal işlənmiş taxıllara üstünlük verməyi, əlavə şəkər və yağlı souslardan uzaq durmağı, onları giləmeyvə, qoz-fındıq, toxum, tərəvəz və ədviyyatlarla tamamlamağı tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun