Həkim Anastasiya Ağayeva ev və ofis sağlamlığı üçün ideal rütubət səviyyəsini təsvir etdi.
E-saglam.az xəbər verir ki, o, bildirib ki, evdə və ofisdə optimal rütubət səviyyəsi 40-60 faiz arasında olmalıdır. "Payız-qış aylarında 30-60 faiz, isti aylarda isə 30-65 faiz məqbuldur. Bunu xüsusi hiqrometr adlanan cihaz vasitəsilə ölçmək olar", - deyə həkim izah edib.
O, qeyd etdi ki, otaqda bu göstəricinin dəyişməsinə bir çox amillər, o cümlədən bölgənin iqlimi, mövsüm, istilik, kondisioner və buxar təmizləyici kimi müəyyən məişət cihazlarının istifadəsi təsir edə bilər.
Terapevtin fikrincə, həddindən artıq quru qapalı hava heç də az təhlükəli deyil. Burun mukozasının qoruyucu funksiyasını zəiflədir, tənəffüs yoluxucu infeksiyalar riskini artırır. Qeyri-kafi hava rütubəti də quru dəri, atopik dermatit, quru göz sindromu, allergiya və astmanın kəskinləşməsinə səbəb ola bilər.
Tərcümə: Könül Oruc