Mütəxəssislər dəmir çatışmazlığından əziyyət çəkənlərin pəhrizlərinə küncüt əzməsi əlavə etməsini tövsiyə edirlər.
E-saglam.az xəbər verir ki, uzun illər “dəmir mənbəyi” kimi tanınan bəkməzlə müqayisədə aparılan yeni qiymətləndirmələr küncüt əzməsinin dəmir tərkibinin qat-qat yüksək olduğunu ortaya qoyur. Küncüt əzməsindən hazırlanan bu ənənəvi qida həm enerji verir, həm də anemiya riskinə qarşı təsirli qoruma təmin edir.
Tədqiqatlara görə, küncüt əzməsi təbii olaraq yüksək miqdarda dəmir, kalsium və maqnezium ehtiva edir. Buna görə bu halvanın səhər yeməyində istehlakı uzunmüddətli toxluq yaradır və qısa müddətdə dəmir ehtiyatlarının bərpasına kömək edir. Mütəxəssislər bildirirlər ki, bəkməzlə birlikdə istifadə edildikdə həm dad, həm də qida dəyəri artır və xüsusilə sıx işləyən şəxslər üçün güclü enerji mənbəyinə çevrilir.
Qida mütəxəssisləri küncüt əsaslı məhsulların tərkibindəki yüksək dəmir səbəbindən küncüt əzməsindən hazırlanan halvanın anemiya riski olan insanlar arasında son aylarda daha çox rağbət gördüyünü qeyd edirlər. Bir qaşıq halvanın belə yüksək dəmir verməsi onu gündəlik rasion üçün əlçatan və təsirli seçimə çevirir.
Harvard Tibb Məktəbinin nutritionisti Dr. Elena Morris bildirir ki, "Küncüt əsaslı məhsullar ən konsentratlı bitki mənşəli dəmir mənbələrindəndir. Daimi istehlak xüsusilə yüngül və orta dərəcədə dəmir çatışmazlığı olan insanlarda qan göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər".
Dr. Morris həmçinin bu halvanın təbii yağlar hesabına enerji mübadiləsini dəstəklədiyini və gün ərzində yorğunluq yaşayanlar üçün uyğun seçim olduğunu vurğu layıb.
Tərcümə: Könül Oruc
E-saglam.az