Yalnız bir sağlamlıq vərdişi seçə bilsəm, bu, gəzmək olardı.
E-saglam.az xəbər verir ki, bunu fizioterapevt Ana Qaleote deyib
O bildirib ki mifik 10.000 addım üzərində vəsvəsə etməyin lazım olmadığını vurğulayır. Gəzintilərinizin müddətini tədricən və müntəzəm olaraq artırmaq daha vacibdir.
"Biz bilirik ki, addımların sayının gündə 2000-dən 2500-ə qədər artırılması artıq bütün səbəblərdən ölüm riskini 8% azaldır və təxminən 8800 addım ölüm riskinin demək olar ki, 60% azalmasına gətirib çıxarır", - həkim izah etdi.
Mütəxəssis qeyd edib ki, yeriməyin faydaları arıqlamaqdan çox-çox kənara çıxır. Daimi gəzintilər əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır, beyin fəaliyyətini stimullaşdırır, ürək-damar sistemini gücləndirir və maddələr mübadiləsini gücləndirir.
Tərcümə: Könül Oruc