Faydalı
Ət niyə yuyulmamalıdır? -
Faydalı
226

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis izah etdi

Həkim Aleksandr Myasnikov və baş aşpaz Qleb Astafyev geniş yayılmış, lakin səhv sayılan bir mətbəx vərdişinə — ətin bişirmədən əvvəl yuyulmasına — qarşı xəbərdarlıq ediblər. Onların fikrincə, bu vərdiş sağlamlığa zərər verə, əlavə yoluxma riskləri yarada bilər.

E-saglam.az-ın məlumatına görə, aşpaz Astafyev bildirib ki, yüksək temperaturda bişirmə ət üzərindəki bütün potensial təhlükəli mikroorqanizmləri məhv edir. "Onsuz da 200–250°C-də bişəcək. Orada heç nə sağ qalmır. Əti yuyanda isə bakteriyaları su ilə mətbəxin hər yerinə – əl-üz çanağına, masaüstünə və qab-qacağa yayırsınız", – deyə o qeyd edib. Bu, çarpaz çirklənmə riskini ciddi şəkildə artırır.

Dr. Myasnikov aşpazın fikirlərini tam dəstəkləyərək insanları ət yumaq vərdişindən imtina etməyə çağırıb.

Astafyev əlavə edib ki, əti yumağa ehtiyac duyulması çox vaxt onun keyfiyyətinin aşağı olmasına işarə edir. "Əgər əti yumaq məcburiyyətində qalırsınızsa, deməli, o, keyfiyyətsizdir. Belə məhsulu bişirməkdənsə, atmaq daha yaxşıdır", – deyə mütəxəssis bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun