Sağlamlıq
Ukraynalılar səhər və axşam içirlər:
Sağlamlıq
185

Ukraynalılar səhər və axşam içirlər: İltihabı aradan qaldırır

Məlum olub ki, gündəlik qidalanmaya bir stəkan portağal suyu əlavə etmək, hətta genetik səviyyədə belə, bədənə əlamətdar təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, "Molecular Nutrition & Food Research" jurnalında dərc olunmuş yeni bir araşdırma, portağal suyunun iltihabı azalda və immunitet sistemini gücləndirə biləcəyini göstərib.

ABŞ və Braziliyadan olan alimlər tərəfindən aparılan bir araşdırma, iki ay ərzində gündə təxminən iki stəkan 100% meyvə suyu istehlak edən 20 nəfərin immun hüceyrələrini araşdırdı. Nəticələr iltihab, damar sağlamlığı və yağ metabolizması ilə əlaqəli 1700-dən çox genin fəaliyyətində dəyişikliklər göstərdi.

Tədqiqat normal çəkili iştirakçıların iltihabı tənzimləyən genlərdə daha güclü reaksiya göstərdiyini, artıq çəkili insanların isə yağ metabolizmasına və enerji istifadəsinə təsir edən genlərdə əhəmiyyətli dəyişikliklər göstərdiyini müəyyən etdi.

Alimlər bu müsbət təsirlərin sitrus meyvələrində bol olan və ürək-damar sisteminə qoruyucu təsirləri uzun müddətdir öyrənilən flavonoid antioksidantlardan qaynaqlandığını bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun