Psixologiya
İnsanlar qarşısında çıxış etmək qorxusunu
Psixologiya
141

İnsanlar qarşısında çıxış etmək qorxusunu necə aradan qaldıra bilərsiniz?

Hüquqşünas və kinetik imic eksperti Polina Denisova ictimai çıxış qorxusunu necə yüngülləşdirməyi izah edib.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirir ki, əsnəmək sinir sisteminə təhlükəsiz olduğunuzu göstərir və həyəcan siqnallarını azaldır.

Konfet və ya saqqız çeynəmək də eyni effekti yaradır.

Denisova düzgün nəfəs məşqlərini tövsiyə edir: dörd sayma nəfəs alın, dörd sayma saxlayın, dörd sayma nəfəs verin.

Həmçinin qollar və ayaqları silkələmək və səhnəyə düz duruşla çıxmaq vacibdir.

Düzgün duruş və çıxış tərzi tamaşaçı qarşısında özünəinamı artırır və qorxunu azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun