Qidalanma
Yeməkdən sonra özünüzdə bu vərdişi inkişaf etdirin -
Qidalanma
101

Yeməkdən sonra özünüzdə bu vərdişi inkişaf etdirin - Həkimdən çağırış

Ümumi praktikant Heather Viola yeməkdən sonra qısa gəzintinin sağlamlığa ciddi faydalar verdiyini bildirib.

E-saglam.az xəbər verir ki, o, "Infobae"yə açıqlamasında qeyd edib ki, yeməkdən dərhal sonra 10 dəqiqə gəzmək qidanın mədə-bağırsaq traktında daha rahat hərəkət etməsinə kömək edir.

Mütəxəssisin sözlərinə görə, bu sadə vərdiş həzmsizliyi azaldır, mədə yanmasının və reflüksün qarşısını alır. Xüsusilə qəbizlik və şişkinlikdən əziyyət çəkənlər üçün gəzinti daha çox fayda göstərir.

Viola deyib ki, gündəlik cəmi 10 dəqiqəlik yüngül hərəkət belə həzmin yaxşılaşmasına və ümumi rahatlığa pozitiv təsir edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun