Psixologiya
Yuxu zamanı yaranan stress əlamətləri
Psixologiya
15

Yuxu zamanı yaranan stress əlamətləri müəyyən edilib

Kardioloq Aurelio Roxas bildirib ki, gündüz yaşanan stress yuxu zamanı bədənin vəziyyətində özünü göstərə bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, əgər insan yatarkən biləklərini bükür, yumruqlarını sıxır, qollarını çarpazlayır, çənəsini sıxır, qaşlarını çatır, boynundan yapışır, fetal vəziyyətdə (döl kimi) yatır, ayaqlarını çarpazlayır və ya yastığına sıx-sıx sarılırsa, bu, yüksək stress və kortizol səviyyəsinin göstəricisidir.

Həkim qeyd edib ki, bu hallar orqanizmin gündüz toplanan gərginliklə mübarizə aparmağa çalışdığını göstərir. Yəni bədən yuxu zamanı belə rahatlaşa bilmir və stress refleksiv hərəkətlərlə davam edir.

Navarra Universitet Xəstəxanasının mütəxəssisləri isə stressi azaltmaq üçün sadə, amma effektiv üsullar təklif edirlər. Onlara görə, siqaret, spirt və qəhvədən uzaq durmaq, müntəzəm idmanla məşğul olmaq, balanslı qidalanmaq və düzgün yuxu rejimi saxlamaq çox vacibdir. Bundan əlavə, sakitləşdirici musiqi dinləmək, sevdiyiniz hobbiyə vaxt ayırmaq, psixoloqun dəstəyi ilə özünə inamı gücləndirmək və ailə ilə vaxt keçirmək də stresin azalmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun