Faydalı
Kartofu otaqda çürümədən
Faydalı
48

Kartofu otaqda çürümədən necə saxlamaq olar?

Kartof çox ailənin süfrəsində əsas qidadır, amma onu hər kəs düzgün şəraitdə saxlamır.

E-saglam.az xəbər verir ki, əslində, kartof saxlamaq asandır, sadəcə bir neçə vacib qaydaya əməl etmək lazımdır.

Birincisi – temperatur. Kartof üçün ideal saxlama temperaturu 7–12°C arasındadır. Daha isti yerdə saxlasanız, tez nəm itirir və xarab olur. Soyuducuda saxlamaq da düzgün deyil, çünki orada nişasta şəkərə çevrilir və kartof şirin dad verir.

İkincisi – işıq və hava dövranı. Kartofu qaranlıq, sərin və havadar yerdə saxlayın. Məsələn, kiler, şüşəli balkon və ya zirzəmi ideal seçimdir. Qətiyyən günəş işığı düşməsin, çünki bu zaman kartofun səthində yaşıl ləkələr əmələ gəlir. Bu hissələr zəhərlidir, yemək olmaz.

Üçüncüsü – qablaşdırma. Kartofu plastik torbada yox, kətan torbada, səbətdə və ya kağız kisədə saxlayın. Hava dövranı mütləq olmalıdır.

Dördüncüsü – soğanla bir yerdə saxlamayın. Soğan etilen qazı buraxır, bu da kartofun tez cücərməsinə və xarab olmasına səbəb olur.

Beşincisi – yumaq olmaz. Saxlamadan əvvəl kartofu yuyanda nəm qalır və bu, kif və çürümə yaradır. Sadəcə bişirəndə təmizləmək kifayətdir.

Əgər sərin yeriniz yoxdursa, az-az alın. Uzun müddət saxlamaq istəyirsinizsə, soyulmuş və dilimlənmiş kartofu azacıq bişirib dondurmaq da olar.

Bəziləri kartofun arasına qurudulmuş nanə qoyur – bu, həm qoxunu təravətli saxlayır, həm də cücərməni ləngidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun