Faydalı
Mütəxəssis çörək sodasının mədə yanmasına
Faydalı
91

Mütəxəssis çörək sodasının mədə yanmasına kömək edib-etmədiyini açıqladı

Piroqov Universitetinin Əczaçılıq və Tibbi Kimya İnstitutunun dosenti, farmakologiya üzrə fəlsəfə doktoru Vladislav Sepp bildirib ki, mədə yanmasını aradan qaldırmaq üçün çörək sodasından istifadə etmək təsirli deyil və əksinə, vəziyyəti daha da pisləşdirə bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, çörək soda mədə turşusu ilə reaksiyaya girəndə karbon qazı əmələ gəlir. Bu qaz mədə divarlarını genişləndirir və nəticədə mədədə yenidən turşu ifrazı artır. Nəticə etibarilə, mədə yanması bir müddət sonra daha güclü şəkildə geri qayıda bilər.

Sepp xəbərdarlıq edib ki, xüsusilə həkimlə məsləhətləşmədən və analizlər aparılmadan çörək sodasını müntəzəm qəbul etmək sağlamlıq üçün təhlükəlidir. Bu, dispepsiya (şişkinlik, həzm pozğunluğu) kimi yüngül, həm də daha ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, mədə yanması davamlı hal alarsa, səbəbi müəyyən etmək və düzgün müalicə üçün həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun