Faydalı
Qan təzyiqi və qəbizliyə faydalı -
Faydalı
108

Qan təzyiqi və qəbizliyə faydalı - müalicəvi meyvə

Yemişan (Crataegus) qədim zamanlardan bəri həm xalq təbabətində, həm də müasir tibbdə ürək və qan-damar sağlamlığını dəstəkləyən ən dəyərli bitkilərdən sayılır. Onun meyvəsi, çiçəyi və yarpaqları bir çox faydalı maddələrlə zəngindir.

E-saglam.az xəbər verir ki, yemişanın tərkibində flavonoidlər, antioksidantlar, C vitamini və orqanizmi sərbəst radikallardan qoruyan təbii birləşmələr var. Bu maddələr ürək əzələsini möhkəmləndirir, damarların elastikliyini artırır və qan dövranını yaxşılaşdırır. Xüsusilə, yüksək qan təzyiqi, ürək döyüntüləri və damar tıxanması kimi problemlərdə yemişan orqanizmə yumşaq, amma təsirli dəstək verir.

Mütəxəssislərin fikrincə, yemişan ekstraktı və ya çayı uzunmüddətli istifadədə stressi azaldır, sinir sistemini sakitləşdirir və yuxu keyfiyyətini yaxşılaşdırır. Bəzi araşdırmalar yemişanın xolesterin səviyyəsini aşağı salmağa və ürək ritmini normallaşdırmağa kömək etdiyini də göstərib.

Yemişanı gündəlik rasiona təbii formada əlavə etmək olar — qurudulmuş meyvələrdən çay dəmləməsi hazırlamaq və ya az miqdarda təzə halda istehlak etmək kifayətdir. Bununla belə, ürək dərmanları qəbul edən şəxslər yemişanı müalicə məqsədilə istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun