Otorinolarinqoloq Sina Joorabçi burun axması zamanı seliyin rənginin dəyişməsinin səbəbini açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, şəffaf selik normaldır, lakin çox olduqda bu, adətən allergiyanın göstəricisidir. Ağ selik isə iki halda yaranır — ya orqanizmdə susuzluq var, ya da soyuqdəymə və ya virus infeksiyası inkişaf edir.
Joorabçi vurğulayıb ki, sarı və ya yaşıl selik bədənin virus və ya bakteriyalarla aktiv mübarizədə olduğunu göstərir. Bu mərhələdə adətən öskürək, boğaz ağrısı və qızdırma kimi digər əlamətlər də müşahidə olunur.
Həkimin sözlərinə görə, yaşıl selik çox vaxt bakterial infeksiyaya işarə edir, lakin uzun sürən virus xəstəlikləri zamanı da görünə bilər. Belə hallarda vəziyyət çox vaxt bir neçə həftə ərzində öz-özünə keçib gedir.
Tərcümə: Könül Oruc