Mütəxəssislər bildirirlər ki, axşam yeməkləri təkcə həzm prosesinə deyil, həm də yuxunun keyfiyyətinə təsir göstərir. Onların sözlərinə görə, daha tez yuxuya getməyə kömək edən qidalar nahar menyusuna düzgün şəkildə daxil edilməlidir.
E-saglam.az xəbər verir ki, ekspert Valeriya Bonadykova, yuxu hormonu melatoninin istehsalında mühüm rol oynayan triptofan adlı amin turşusu ilə zəngin qidaların axşam yeməyinə daxil edilməsini tövsiyə edib. Bu qidalara hinduşka, balıq, yumurta, süd, yulaf sıyığı və tam taxıllı çörək daxildir. “Kompleks karbohidratlar triptofanın orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir”, – deyə o izah edib.
Mütəxəssis həmçinin axşam saatlarında göyərti və ya qoz-fındıq yeməyi məsləhət görür, çünki onların tərkibindəki maqnezium narahatlığı və əzələ gərginliyini azaldır. Bundan əlavə, çobanyastığı, limon balzamı və lavanda kimi bitki çaylarını yuxunu təşviq edən içkilər kimi qeyd edir. “İsti, az yağlı süd serotonin və melatonin istehsalını stimullaşdıraraq daha tez yuxuya getməyə kömək edə bilər.
Tərcümə: Fəxriyyə Adil