Sağlamlıq
Günəşə uzunmüddətli məruz qalmaq dərinin
Sağlamlıq
19

Günəşə uzunmüddətli məruz qalmaq dərinin yaşlanmasını sürətləndirir

Mütəxəssislər xəbərdarlıq edir ki, günəşə uzun müddət məruz qalmaq dəridə ləkə, qırış və elastikiyyət itkisinə səbəb olur, bunun nəticəsində fotoyaşlanma (günəşə bağlı erkən dərinin qocalması) prosesi sürətlənir.

E-saglam.az xəbər verir ki, İstanbul Universiteti-Cerrahpaşa professoru Zəkayi Kutlubay bildirib ki, günəşdən qorunmağın ən yaxşı yolu şapka, eynək və uzunqollu geyimlərdən istifadə etmək, həmçinin saat 10:00–16:00 arası günəşə çıxmamaqdır. O, ən azı 15 faktorlu günəş kreminin dərini 95%, 30 faktorlu kremin isə 97% qoruduğunu qeyd edib.

Kutlubay vurğulayıb ki, açıq dərili, çilli, sarı və qızılı saçlı şəxslər günəş yanığı və dəri xərçəngi baxımından daha riskli qrupdadır:

“Uşaqlıqda və gənclikdə alınan günəş yanığı gələcəkdə dəri xərçəngi riskini artırır. Güneş həm ləkə, həm də fotoyaşlanma və immun zəiflik yarada bilər".

Dermatoloq Dr. Dilek Başaran isə qeyd edib ki, fotoyaşlanma – genetik deyil, günəşə məruz qalma nəticəsində yaranan erkən dərinin qocalmasıdır. O, hər gün, fəsildən asılı olmayaraq günəş qoruyucu krem istifadəsini, günəşin güclü olduğu saatlarda kölgədə qalmağı və geniş kənarlı şapka, eynək, uzunqollu paltar geyinməyi tövsiyə edib.

Onkoloq Dr. Abdussamet Çelebi əlavə edib ki, yayda günvurma, günəş yanığı və maye itkisi riski artır:

“Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstələr günəşə birbaşa məruz qalmamalıdır. Günəş faydalıdır, amma həddindən artıq məruz qalmaq dəri xərçəngi və digər sağlamlıq problemlərinə yol aça bilər".

Mütəxəssislər yay aylarında bol su içməyi, tər və istilik itkisini bərpa etməyi, təzə qidalar seçməyi tövsiyə edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun