Faydalı
Qış saatı sağlığımıza
Faydalı
130

Qış saatı sağlığımıza necə təsir edir?

Qış saatı ilə saatların bir saat geri alınması, yaz saati dəyişiminə nisbətən daha az problem yaradır. Hər il oktyabr ayında saatlar geri çəkilərək milyonlar “əlavə bir saat” yuxu qazanır.

E-saglam.az xəbər verir ki, ekspertlər bildirir ki, payız saat dəyişimi, yaz dəyişimindən daha yüngüldür, amma tamamilə təsirsiz deyil. Saat dəyişikliyi sirkadiyen ritmimizi – yəni yuxu, oyanma, hormon istehsalı və əhvalımızı tənzimləyən 24 saatlıq daxili saatı – bir qədər pozur.

Helsinki Universitetinin psixiatr professoru Timo Partonen deyir:

“Bədənimizin hər hüceyrəsində bir sirkadiyen saat var, lakin başlıca saat beyinimizdə yerləşir və işıqla günün ritmini izləyir. Bu saatın necə işləməsi yuxumuzun və əhvalımızın necə olacağını müəyyən edir".

Yaz saatı tətbiqi, axşam işıq müddətini uzatmaq üçün saatların yazda bir saat irəli, payızda geri çəkilməsini nəzərdə tutur.

Northumbria Universitetindən kronobioloq Malcolm von Schantz qeyd edir ki, “Axşamlar daha qaranlıq olsa da, payız dəyişimi adətən daha az problemli qəbul edilir. İnsanların şikayəti əsasən işdən çıxdıqda günün qaranlıq olması ilə bağlıdır, bu isə coğrafi mövqeyimizdən irəli gəlir".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun