Faydalı
Parkinson xəstəliyini erkən aşkar edən
Faydalı
141

Parkinson xəstəliyini erkən aşkar edən “ağıllı qələm” hazırlanıb

Kaliforniya Universitetinin alimləri Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən edə bilən süni intellektli qələm hazırlayıblar.

E-saglam.az xəbər verir ki, qələm maqnitli mürəkkəblə yazarkən əlin hərəkətlərini elektrik siqnallarına çevirir və bu siqnallar xəstəliyə dair dəyişiklikləri 95%-dən çox dəqiqliklə təhlil edir.

Parkinson xəstəliyi titrəmə, əzələ sərtliyi və hərəkətlərin ləngiməsi ilə müşahidə olunur, lakin mövcud diaqnostika üsulları bahalı və mürəkkəbdir. Yeni qələm isə sadə, ucuz və erkən aşkarlama üçün əlverişli vasitə kimi dəyərləndirilir.

Alimlər texnologiyanı daha geniş qruplarda sınaqdan keçirməyi planlaşdırır və gələcəkdə bu cihazın dünya üzrə praktik diaqnostika alətinə çevriləcəyini gözləyirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun