"1X" robotexnika şirkəti satış üçün "Neo" humanoid robotunu təqdim edib.
E-saglam.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Bernt Börnix bəyan edib.
O, bu məhsulu sənaye üçün dönüş nöqtəsi adlandıraraq bildirib ki, humanoidlər uzun müddət yalnız elmi fantastika obyekti, sonra tədqiqat obyekti olub. Lakin "Neo"nun istehsalı ilə bu, artıq kommersiya məhsuluna çevrilib.
Bildirilir ki, süni intellektlə işləyən robot dağınıq əşyaları yığışdıra, yemək bişirə bilir. Üstəlik, o zarafat etmək, müxtəlif suallara cavab vermək xüsusiyyətlərinə malikdir.
Qara, boz və ya bej rənglərində istehsal edilən robot 20 min dollara təklif edilir.