Bildirçin yumurtası son illərdə ən çox tövsiyə olunan təbii qidalar arasında yer alır. Kiçik ölçüsünə baxmayaraq, bu yumurta tərkibində yüksək miqdarda zülal, dəmir, fosfor, B qrupu vitaminləri və antioksidantlar saxlayır.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bildirçin yumurtasının müntəzəm qəbulu immuniteti gücləndirir, beyin fəaliyyətini dəstəkləyir və yaddaşı yaxşılaşdırır. Həmçinin, orqanizmdəki xolesterin səviyyəsini balanslaşdırmağa, qan təzyiqini normallaşdırmağa və sinir sistemini sakitləşdirməyə kömək edir.
Tərkibindəki A və E vitaminləri sayəsində bu qida həm də dəri və saç sağlamlığı üçün faydalıdır. Bildirçin yumurtası allergik reaksiyaların azaldılmasında da təsirli hesab olunur, buna görə də xüsusilə uşaqlar və xroniki yorğunluqdan əziyyət çəkən şəxslər üçün tövsiyə edilir.
Mütəxəssislər bildirir ki, bildirçin yumurtasından gündə 2–3 ədəd qəbul etmək kifayət edir. Lakin hər hansı xroniki xəstəliyi olan şəxslər bu qidanı rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Nəzrin Abbas