Gözləri ovuşdurmaq buynuz qişanın zədələnməsinə və iltihabına səbəb ola bilər ki, bu da görmə pozğunluğuna gətirib çıxarır. Oftalmoloq Kristina Qorbaçovanın müsahibəsində izah etdiyi kimi, daimi mexaniki gərginlik buynuz qişanın səthində qüsurların yaranmasına, xüsusilə də nöqtəli keratopatiyaya (buynuz qişa epitelinin zədələnməsi) və göz qapağı boyunca xətti eroziyalara səbəb ola bilər.
E-saglam.az-ın məlumatına görə bu cür dəyişikliklər vizual simptomlar və fiziki narahatlıqlarla müşayiət olunur. Bunlara bulanıq görmə, diskomfort, gözlərdə qıclıq və qızartı hissi daxildir. Mütəxəssisin sözlərinə görə, bu hallar mütləq müalicə və nəzarət tələb edir.
O həmçinin bildirib ki, əllərdə çoxsaylı mikroorqanizmlər olur və buna görə də tez-tez əl-göz təması infeksiya riskini, eləcə də konjonktivit və blefarit kimi iltihablı vəziyyətlərin yaranma ehtimalını artırır.
Həkim kontakt linza taxanların gözlərinə birbaşa toxunmaqdan xüsusilə çəkinməsinin vacibliyini vurğulayıb.
Tərcümə: Fəxriyyə Adil