Faydalı
Sabun və ya Şampun niyə gözümüzü yandırır?
Faydalı

Sabun və ya Şampun niyə gözümüzü yandırır?

E-saglam.az bildirir ki, hidrofil su ilə birləşir, Hidrofob isə yağ ilə.

Biz əlimizi, saçımızı və s. köpükləndirdikdə SAM bir ucu ilə dəridə, saçda olan yağla birləşir, biz köpüyü su ilə yuduqda isə digər ucu ilə suyla birləşir və yuyulur, yuyulduqda isə özünə birləşdirdiyi yağı özü ilə aparır. Yağ isə öz növbəsində özünə yapışmış olan çirki özü ilə aparır. Və biz təmiz oluruq.

Bəs gözümüzə köpük dəyəndə niyə yanır?

Gözün səthi nazik bir yağ təbəqəsi ilə qorunur. Bu təbəqə gözün həmişə nəm qalmasını təmin edir.
Gözümüzə köpük düşdükdə köpük gözdəki yağ qatını özünə birləşdirir və yuyub aparır. Gözümüz qorumasız qalır və əlavə olaraq SAM-in təsirinə məruz qalır.
‎‎
Uşaq şampunlarının tərkibində Amfoter SAM olur və bu SAM malekulları daha iri olduqları üçün gözə daha az təsir edir. Əlavə olaraq uşaq şampunlarının tərkibində göz yanmasını azaltmaq üçün keyidici maddələr də ola bilər.
Bu cür şampunlar daha baha başa gəldikləri və daha az köpükləndikləri üçün hər şampunun tərkibini belə etmirlər.

Mənbə: https://www.instagram.com/p/CN1dHGmH2Dn/?igshid=mjgz6uc97uhg&fbclid=IwAR0IIsFXoQLkKzyjMizERBdK7wXRM90DlexsUmcs6Yu2k49XhO3gNR_tfD8

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun