Aşpaz Qleb Astafyev ən sağlam, lakin çox vaxt ədalətsiz qiymətləndirilən yulaf haqqında danışıb
E-saglam.az xəbər verir ki, Astafyevin sözlərinə görə, mirvari arpa ən sağlam sıyıqlardan biridir. Bu yemək üçün istifadə olunan arpa dənələri lif və qida maddələri ilə zəngindir, eyni zamanda kalorisi azdır.
Mirvari arpa çox sağlamdır, çünki demək olar, heç işlənmir,” – deyə aşpaz izah edib.
O, həmçinin insanların sevimlisi olan irmik barədə də danışıb. Astafyev qeyd edib ki, irmik əsasən nişastadan ibarətdir və onu yalnız yeməklərdə qatılaşdırıcı kimi istifadə etmək məsləhətdir.
Aşpaz əlavə edib ki, irmik əslində taxıl deyil, qaba üyüdülmüş un məhsuludur və keçmişdə aclıq dövrlərində kaloriliyi artırmaq və qida çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunub.
Tərcümə: Fəxriyyə Adil