Tibbi xəbərlər
Alimlər diş və sümükləri bərpa edə bilən kök hüceyrələr
Tibbi xəbərlər
13

Alimlər diş və sümükləri bərpa edə bilən kök hüceyrələr kəşf ediblər

Tokio Elm İnstitutunun alimləri dişlərin və çənə sümüyünün köklərini formalaşdıran iki fərqli kök hüceyrə xətti aşkar ediblər. Bu hüceyrələrin diş köklərinin və onları çənəyə birləşdirən alveol sümüyünün inkişafını necə istiqamətləndirdiyi müəyyən edilib.

E-saglam.az xəbər verir ki, tirilmiş dişlərin bioloji yolla bərpası stomatologiyanın uzunmüddətli məqsədidir. İmplant və protezlər funksiyanı qismən bərpa etsə də, təbii dişlərin hissiyyatını və quruluşunu tam əvəz edə bilmir.

Tədqiqat nəticələri diş köklərinin və ətraf sümüklərin təbii formalaşma mexanizmini ilk dəfə bu qədər detallı şəkildə üzə çıxarıb. Alimlər bildirirlər ki, bu tapıntılar gələcəkdə kök hüceyrə əsaslı diş və sümük bərpası müalicələrinin əsasını təşkil edə bilər.

Araşdırmamız diş köklərinin əmələ gəlməsini idarə edən mexanizmi açıqlayır və diş, diş əti və sümük toxumalarının bərpası üçün yeni müalicə üsullarına yol açır,” – deyə Dr. Naqata bildirib.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun