Dişlərdə yaranan qara ləkələr uşaqlarda ən çox rast gəlinən diş probləmlərindəndir.
Bu qara ləkələr olduqca müxtəlif səbəblərdən yaranır və dişlərin bütün səthlərində ola bilir.
E-saglam.az bu səbəbləri sizin üçün açıqlayır:
- çürük (karies) başlanğıcı kimi
- ağız gigiyenasının normal olmamasından
- xromogen adlanan bakteriyaların ifraz etdiyi maddələrin təsirindən
- müxtəlif dərmanların, xüsüsilə dəmir preparatlarının, tərkibində dəmir olan multivitaminlərin təsirindən
-tərkibində rəngləndirici çox qidaların (konfet, kola, şokolad və s.) təsirindən yarana bilər.
Uşağın dişi artıq qaralıbsa valideyn nə etməlidir? Hansı etapda həkimə müraciət etməlidir?
- Süd dişlərdə qara ləkələrin olduğu fərqinə varıldığı gündən diş həkiminə müraciət etmək lazımdır. Hərtərəfli müayinə olunmalıdır, müayinədən sonra qara ləkələrin yaranma səbəbi, çürük olub- olmadığı araşdırılıb səbəbə uyğun müalicə başlanmalıdır.
Qaralmalar əgər çürük (karies) başlanğıcıdırsa təmizlənməli və plomblanmalıdır. Yox əgər digər səbəblərdən yaranıbsa, həkim tərəfindən təmizlənmə aparılmalı, valideynə və başa düşəcək yaşdadırsa uşağın özünə ağız gigiyenası, diş fırçalama qaydaları izah edilməlidir. Tərkibində kalsium, fluor olan diş məcunlar.