Faydalı
Həftə sonları yatmaq sağlamlığınız üçün
Faydalı
185

Həftə sonları yatmaq sağlamlığınız üçün faydalıdırmı?

Həftə ərzində kifayət qədər yuxu almadığınız üçün həftə sonları gec yatırsınız? Bundan necə qurtulacağınız, yuxu və iş rejiminizi necə tənzimləyə biləcəyinizi öyrənmək üçün oxumağa davam edin.

E-saglam.az-ın məlumatına görə həftə ərzində az yatıb, həftə sonu yuxunu “tamamlamağa” çalışırsınızsa təəssüf ki, bu, düşündüyünüz qədər faydalı deyil.

2019-cu ildə aparılan araşdırmaya görə, həftə sonu iki və ya daha çox saat artıq yatan qadınlarda ürək-damar xəstəlikləri riski daha yüksəkdir. Yəni, həftə sonu uzun yatmaq, həftə ərzindəki yuxu çatışmazlığını kompensasiya etmir.

ABŞ-də 50 milyondan çox insan az yatmaqdan və yuxu pozğunluqlarından əziyyət çəkir. Yuxusuzluq bədəndə iltihabı artırır, stress hormonlarını yüksəldir və yüksək təzyiq, diabet, piylənmə, ürək xəstəlikləri kimi problemlərə səbəb olur.

Hətta gecə bir saat az yatmaq belə diqqəti, reaksiyanı və immuniteti zəiflədir. Qısası, yuxuya ciddi yanaşmaq lazımdır.

Yuxu balansını necə qorumaq olar?

Ən yaxşısı – hər gecə 7-9 saat yatmaq və hər gün eyni saatda yatıb oyanmaqdır.

Həftə sonu yuxu rejimini dəyişmək, sirkadiyalı ritmləri pozur, enerjini azaldır və bazar ertəsi oyanmağı çətinləşdirir.

Tərcümə: Fəxriyyə Adil

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun