Faydalı
Məktəbli ləvazimatı seçərkən diqqət: Standartlara uyğun
Faydalı
93

Məktəbli ləvazimatı seçərkən diqqət: Standartlara uyğun məhsullar alın

Yeni tədris ili ərəfəsində valideynlər məktəbli ləvazimatı alışına başlayıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, ucuz və markasız məhsullar uşaqların sağlamlığı üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, Üsküdar Universitetinin dosenti Mügə Ensari Özay bildirib ki, bəzi məhsullarda rəngi və qoxunu cazibədar göstərmək üçün ftalat, toluen, azo boya kimi zərərli kimyasallar istifadə olunur:

“Bu maddələr uşaqlarda hormonal pozğunluq və allergiyaya səbəb ola bilər. Xüsusilə çox qoxulu və parlaq rəngli məhsullardan uzaq durmaq lazımdır.”

O, CE və TS EN71 nişanı olan ləvazimatların təhlükəsiz sayıldığını qeyd edib:

“Etiketində bu işarələr olan məhsullar uşaqlar üçün daha uyğundur. Çünki ağır metal və toksik maddələrdən təmizlənmiş olur”.

Sağlıq Elmləri Universitetinin professoru Toker Ergüder isə əlavə edib ki, nəzarətsiz istehsal edilən ləvazimatlarda olan kurşun, kadmium və digər kimyasallar uşaqların beyin inkişafını və diqqət qabiliyyətini poza bilər.

Mütəxəssislər valideynlərə tövsiyə edir:

Etiketdə istehsalçı məlumatı və sertifikat nişanları olmalıdır;

Qoxulu, parlaq və markasız məhsullardan uzaq durun;

Təbii və ya taxta materiallardan hazırlanmış məhsullara üstünlük verin.

Uşaqların sağlamlığı üçün alış zamanı CE və ya TS EN71 standartına uyğun məktəbli ləvazimatı seçmək ən doğru addımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun